banner
banner

Hərbİ

Papikyan Azərbaycanla sərhəddə döyüş tapşırığı verdi - Ermənistan hücuma hazırlaşır

Papikyan Azərbaycanla sərhəddə döyüş tapşırığı verdi - Ermənistan hücuma hazırlaşır

Ermənistan müdafiə naziri Suren Papikyan Azərbaycanla sərhəddə yerləşən hərbi hissələrin birinə baş çəkib.

Cia.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin Papikyanın səfəri ilə bağlı yaydığı rəsmi məlumatda iki məqam diqqət çəkir.

Birincisi, rəsmi məlumatda erməni nazirin “cəbhə bölgəsini” gəzdiyini qeyd olunur. Hərbi leksikonda “cəbhə” ifadəsi müharibənin getdiyi bölgəyə aid edilir. Görünür, Ermənistanda Azərbaycanla sərhədi müharibənin getdiyi cəbhə ərazisi olaraq qəbul edirlər.

İkincisi, Papikyan sərhəd bölgəsində yerləşən döyüş mövqelərinə baş çəkməsi, döyüş tapşırıqları verməsidir.

Papikyanın Azərbaycanla sərhədə gəlişi, cəbhə xəttini gəzməsi və döyüş tapşırıqları verməsi suallar yaradır: Ermənistan yeni hücumlara hazırlaşır?

Son iki ayda sərhəddə erməni təxribatının intensivləşməsi fonunda rəsmi İrəvanın yeni hücum hazırlığında olması istisna edilməməlidir. Hərçənd, növbəti hücum daha genişmiqyaslı ola bilər. Son həftələrdə Ermənistana daşınan silahlar da bu ehtimalı ön plana çıxarır. Məlumatlara görə, Fransa 12 ədəd SEZAR artilleriya qurğusunu, onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və hava-hava raketləri verib. Bununla yanaşı, Ermənistan R511 və R530 hava-hava raketləri, “ERYX” tank əleyhinə idarəolunan raketləri, alman istehsalı DM32 qumbaraatanları və “Panzerfaust 3” tank əleyhinə raket sistemləri, 500-ə yaxın birdəfəlik “Apilas” reaktiv yaylım atəşi sistemləri və ABŞ-ın 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri ilə də təmin edilib. Buna paralel olaraq, Hindistandan da Ermənistana silahlar çatdırılıb. Ermənistana verilən bütün bu silahlar məhz İran üzərindən daşınıb. Mümkündür ki, silahlanan Ermənistan Azərbaycana qarşı genişmiqyaslı təxribatlar törətməyi planlaşdırır. Bu təxribatlarda Ermənistanla yanaşı, onu silahlandıran ölkələrin də regional maraqları var.

Publika.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.