Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının xanım müavinlərindən biri vəzifəsindən ayrılıb.
Cia.az banker.az -a istinadən xəbər verir ki, icra başçısı Orxan Mürsəlovun əmrinə əsasən Allahverdiyeva Vəfa Valeh qızı müavin vəzifəsindən azad edilib.
Dövlət qulluğunun müşaviri olan V.Allahverdiyeva müavin vəzifəsi ilə paralel İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini icra edirdi.
Allahverdiyeva Vəfa Valeh qızı 13 avqust 1978-ci ildə Gədəbəy şəhərində anadan olub.
Beləliklə, Gədəbəy RİH icra başçısının iki müavini var.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.