banner
banner

Şou

Midltona alt paltarı hədiyyə

Midltona alt paltarı hədiyyə

32 yaşlı müğənni Britni Spirs alt paltarlarından ibarət yeni kolleksiyasına dəbdəbəli təqdimat mərasimi keçirib.

Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, "The Intimate Britney Spears" adlanan kolleksiyanın Londonda baş tutan gecəsinə ifaçı qlamur geyimdə qatılıb. Media nümayəndələrinə açıqlama verən Britni bu kolleksiya üzərində iki il çalışdığını bildirib:
"Hər bir qadın geyindiyi libasda özünü gözəl və cəsarətli hiss etməlidir. Məqsədim - qadınları daha seksual, zövqlü və rahat göstərəcək alt paltarı hazırlamaq idi".
Spirs eyni zamanda bu yaxınlarda İngiltərə şahzadəsi Keyd Midltona xüsusi alt paltarı hədiyyə göndərəcəyini də deyib:
"Onu öz kolleksiyamdan olan alt paltarı ilə görməyi çox istəyirəm. Kolleksiyamdakı bütün modellərdən bir ədəd onun üçün göndərəcəm. Ən çox bəyəndiyini rahatlıqla seçsin".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.