Sürücülər üçün tələ: Həm parkinq, həm avtobus zolağı?
Bakının əsas prospeklərindən biri olan, Binəqədi şosesindən Bulvara qədər uzanan, bir neçə kəndlə Bakının mərkəzini əlaqələndirən Azadlıq prospekti təmir olunduqdan sonra yolda nişanlanma xətləri sürücülər arasında çaşqınlıq yaradıb.
Cia.az xəbər verir ki, Ziya Bünyadov prospekti ilə kəsişmədəki tuneldən çıxan zaman sağ zolaq avtobuslar üçün ayrılıb, iki zolaq sola dönmək üçün verilib, düzünə getmək üçün sadəcə bir zolaq ayrılıb.
İkinci belə bir qarşıq xətlənmə akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən sonra yolun sağında həm parkinq nişanının olması, həm də avtobus zolağının çəkilməsidir.
Qeyd edək ki, avtobus zolağına daxil olan sürücülər 100 manat cərimələnir, onların hesabına 2 bal yazılır.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.
“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.