banner
banner

Gündəm

Bu məmur Nəsimiyə icra başçısı gətirilir - FOTO

Bu məmur Nəsimiyə icra başçısı gətirilir - FOTO

Bakının Nəsimi rayonunun yeni icra başçısının kim olacağı dəqiqləşib.

Cia.az xəbər verir ki, yenisabah.az-ın əldə etdiyi məlumata görə, bu posta Naftalan şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov gətirilir. Onunla bağlı müvafiq sərəncamın sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərindən dərhal sonra elan olunacağı bildirilir. 

Qeyd edək ki, Vüqar Novruzov 04 dekabr 2019-cu ildə Naftalan şəhər icra hakimiyyətinin başçısı təyin olunub. Novruzovun Naftalanda apardığı quruculuq-abadlıq işləri, xüsusilə sosial problemlərin həlli istiqamətində həyata keçirdiyi layihələr ölkə rəhbərliyi tərəfindən müsbət qarşılandığı üçün ona daha böyük etimad göstərilməsinə qərar verilib. 

Xatırladaq ki, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov parlament seçkilərinə qatılıb. Onun namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Əsgərov namizəd olduğu 112 saylı Zaqatala seçki dairəsində favoriti sayılır.

Qüvvədə olan qanunvericiliyə görə, Milli Məclisin üzvü icra orqanlarında vəzifə tuta bilməz. 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.