Son vaxtlar Dövlət Gömrük Komitəsində qanunsuzluqlar və korrupsiya halları ilə bağlı silsilə həbslər baş verir. 2022-ci ildə komitə sədri Səfər Mehdiyevin vəzifəsindən uzaqlaşdırılmasından sonra, gömrükdə bir sıra ciddi dəyişikliklər aparılsa da, faktiki pozuntuların qarşısı almaq mümkün olmadı. Sahibkarlar və vətəndaşlar arasında da Gömrük Komitəsinə münasibət birmənalı deyil. Bir çox iş adamı DGK-nın onların fəaliyyətinə ciddi zərbə vurmasından şikayət edirlər.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Dövlət Gömrük Komitəsinin müstəqil qurum kimi fəaliyyəti yersizdir:
“Birinci növbədə, Azərbaycanda Gömrük Komitəsinin müstəqil və ayrıca bir qurum kimi qalmasına ehtiyac yoxdur. Ləğv edilib ya İqtisadiyyat Nazirliyində, ya da Maliyyə Nazirliyində bir şöbə, departament kimi fəaliyyət göstərməlidir. İkincisi, Komitənin istintaq orqanları ləğv edilməlidir. Bu, vətəndaşlar üçün çox ciddi problem yaradır. Üçüncüsü isə, yeni Gömrük Məcəlləsi yazılmalıdır”.
Ekspertin fikrincə, hazırki Gömrük Məcəlləsi iş adamlarının “kabusuna” çevrilib:
“Bir çox hallarda gömrük orqanları elə həmin bir-birinə zidd maddələrlə dolu olan, sanki iş adamlarının və insanların əleyhinə yazılmış Gömrük Məcəlləsinə istinad edirlər. Vətəndaşlar və sahibkarlar da incidiləndə həmin məcəlləyə istinadən addımlar atılır. Bu məcəllə kökündən dəyişdirilməli, yenidən yazılmalıdır. Bir sözlə gömrüyün, həm idarəetməsi, həm fəlsəfəsi, həm də qanunvericilik bazası dəyişdirilməlidir ki, bundan sonra iş adamlarının kabusuna yox, dostuna çevirilsin”.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.