Bakı metrosunun "20 Yanvar" stansiyasının ətrafında fəaliyyət göstərən "manatlıq taksi"lərin, ya da mikroavtobusla qanunsuz sərnişindaşıma həyata keçirilməsinin çıxış yolu marşrut taksi kimi onların leallaşdırılmasıdır. Cia.az xəbər verir ki, bu barədə Musavat.com-a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib: “Yadınızdadırsa əvvəllər marşrut taksi var idi. Avtobusların qiyməti üç dəfə yüksək idi. O da sürətli hərəkət edirdi. Müntəzəm sərnişin daşıma ilə məşğul olmaq üçün müvafiq lisenziya olmalıdır. Qurum bu taksiləri ora-bura qovmamalıdır.. Biz istəyirik manatlıq taksilər olsun. Amma qəza baş verəndə dərhal günahkar olan qurumları axtarırıq. İnsanlar qanuna uyğun sərnişindaşıma həyata keçirsələr, daha düzgün olar. Əgər buna tələb varsa, onlar leqallaşdırılmalıdır. Bu sərnişinlər üçün də, həmin taksi sürücüləri üçün müsbət olar. O sürücülər sənədlərini alsınlar, lisenziya ilə işləsinlər”.
Qeyd edək ki, Bakı metrosunun "20 Yanvar" stansiyasının ətrafında fəaliyyət göstərən "manatlıq taksi"lərin yığışdırılması bu xidmətdən istifadə edən sərnişinlərin narazılığına səbəb olub. Şikayətçilərin taksi ilə getdiyi ünvanlar üzrə müvafiq marşrut xətləri işləsə də, sərnişinlər saatlarla yollarda qalırlar. Buna səbəb avtobuslar arasındakı interval uzunluğu, həm də bu minik vasitələrində əlverişsiz şəraitin olmasıdır. "Manatlıq taksi"lər fəaliyyətini dayandırsa, bəs camaat evinə necə tez gedəcək? Köhnə avtobuslardır, istidə bişirik, biz də məcbur olub taksidən istifadə edirik", - deyə sakin narazılığını bildirib.
Ərazidə "manatlıq taksi"lərin yığışdırılmasının səbəbinə gəlincə isə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qeyd edilən ərazidə ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi zolaq ayrılıb. Mövcud qanunvericiliyin tələblərinə əsasən, həmin zolaqlarda digər nəqliyyat vasitələrinin hərəkəti, eləcə də dayanması və durması qadağandır. Musavat.com
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.
“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.