Azərbaycanda bu sahədə işləyənlər 1704 manat maaş alır
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə sektorunda (İKT) orta aylıq nominal əməkhaqqı 1704 manat təşkil edib.
Cia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, dövlət sektorunda bu göstərici 1496 manat, özəl sektorda isə 1855 manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə İKT sektorunda orta aylıq nominal əməkhaqqı 12,5%, o cümlədən dövlət sektorunda 16,3%, özəl sektorunda isə 9,7% artıb.
Azərbaycanda İKT sektorunda muzdla çalışan işçilərin sayı avqustun 1-nə 33,7 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 3,7% çoxdur./axar.az/
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.
“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.