banner
banner

Şou

Elza iddialıdır: "Təyyarədə konsert verəcəm"

Elza iddialıdır:

Əməkdar artist Elza Seyidcahan göyün yeddinci qatında – təyyarədə konsert verəcək. 
Müğənni “Onlar”a açıqlamasında bunun üçün artıq rəsmi icazənin də alındığını deyib: 
“Bu, bir zarafat deyil. Elza Seyidcahan heç vaxt belə məsələdə zarafat etməyib. Artıq hazırlıqlara başlanılacaq. Mən boş-boş sözlərlə nə özümü reklam etmişəm, nə gündəmə gəlmişəm, nə də istəmişəm ki, məndən danışsınlar. Danışanlar da, kimi etdiyim layihələrə sənət prizmasından yanaşıb, kimi də bundan şou yaradıb parodiya edib. Ağız torba deyil ki, büzəsən. Təyyarədəki konsertim zamanı tamaşaçılara yemək də, əllərini silməyə dəsmal da veriləcək”. 

E.Seyidcahan son zamanlar makiyajdan az istifadə etməsinin tamaşaçıların istəyi olduğunu söyləyib: 
“Son vaxtlar məndən xahiş edirlər ki, makiyajsız olum. Mən də gündəlik həyatda istifadə etmirəm. Bacım bu yaxınlarda şəklimi görüb, Amerikadan yazıb soruşur ki, niyə beləsən. Deyirəm camaat bunu istəyir”. 
Xatırladaq ki, Elzanın daha əvvəl Bakı-İstanbul reysində konsert verəcəyi ilə bağlı açıqlaması “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin sərt reaksiyasısına səbəb olmuşdu. AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bunu mümkünsüz adlandırmışdı: 

“İstər “Bakı-İstanbul” reysi olsun, istərsə də başqası, heç bir sənət adamı təyyarədə konsert verə bilməz. Qanunvericilikdə bu, qadağandır. Sərnişinləri mənzil başına çatdırmaq üçün müəyyən proqram var. Təyyarə o missiyanı yerinə yetirməkdən ötrü uçur. Orada hamı sakit oturur, kəmərlər bağlanır, təyyarə bələdçilərinin dediyinə əməl edir. Elza Seyidcahan isə konsert verəndə gərək rəqs etsin. Maşallah, onun enerjisi çoxdur”. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.