Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı cibgirlik edən, əvvəllər dəfələrlə məhkum olunmuş Tahir Abdullayev və Səlvər Salmanov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a bildirilib ki, onların rayon ərazisində yerləşən bazarda zərərçəkənlərdən birinin cibində olan 3400 manatı oğurladıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Bu şəxslərin əməllərindən zərər görən başqa vətəndaşlar varsa polis orqanlarına məlumat verə bilərlər.
Avropaya narkotik daşınmasında istifadə olunan iri yeraltı tunel şəbəkəsini ifşa olunub. İspaniya hüquq-mühafizə orqanları Seuta ərazisində, sənaye anbarının altında gizlədilmiş tunel sistemini aşkarlayıb.
Xəbər verdiyimiz kimi, ötən gün Bakının Xətai rayonunda 2007-ci il təvəllüdlü Yusif Atalay və 14 yaşlı qız dəm qazından zəhərlənib. Kirayə evdə baş verən hadisə zamanı 19 yaşlı Yusif ölüb, yeniyetmə qız isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Paytaxtın Xəzər rayonu ərazisində daşınmaz əmlakın və torpaq sahələrinin sənədləşdirilməsi vədi ilə zərərçəkənin 21 100 manat vəsaiti dələduzluq yolu ilə ələ keçirilib.