banner
banner

Gündəm

Elman Rüstəmov böhranda: Paylarını satışa çıxardı

Elman Rüstəmov böhranda: Paylarını satışa çıxardı

Uzun illərdir Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun biznes imperiyasının tərkib hissəsi kimi təqdim edilən “Səba” ASC-nin, deyəsən, ciddi maliyyə problemləri yaranıb.

Cia.az xəbər verir ki, sirkətin səhmdarlarının oktyabrın 28- i tarixinə təyin edilmiş növbədənkənar ümumi yığıncağının gündəliyinə ASC-nin aktivlərinin bir hissəsinin satılması məsələsi salınıb. Belə ki, İdarə Heyəti qərarında yığıncağın gündəliyinə törəmə şirkətlərdəki “Səba” ASC-yə məxsus payların satılması da daxil edilib.

Ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. “Səba” ASC-nin Direktorlar Şurası barədə;

2. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Chicken Pro.” MMC-yə kredit öhdəliyinin ötürülməsinə dair əqd barədə;

3. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Chicken Pro.” MMC-yə məxsus əmlakın ipoteka ilə yüklü edilməsinə dair əqd barədə;

4. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Chicken Pro.” MMC-nin nizamnamə kapitalındakı “Səba” ASC-yə məxsus payların satılmasına dair əqd barədə;

5. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Qarabağ Taxıl” MMC-nin birgə təsisçiliyi ilə yaradılmış “Qarabağ Toxum” MMC-nin nizamnamə kapitalındakı “Qarabağ Taxıl” MMC-yə məxsus payların satılmasına dair əqd barədə;

6. “Səba” ASC-nin törəmə cəmiyyəti olan “Qarabağ Taxıl” MMC-nin ötən illərin yığılmış mənfəətinə əsasən dividendlərin elan edilməsi barədə;

7. “Səba” ASC-nin əvvəllər emissiya edilib yerləşdirilmiş və geri alınmış səhmləri barədə;

8. “Səba” ASC-nin birgə təsisçiliyi ilə yaradılmış “Biləsuvar Aqro” MMC-nin nizamnamə kapitalındakı payların satılması barədə;

9. “Səba” ASC-nin nizamnamə kapitalındakı minoritar səhmdarlara məxsus səhmlərin geri alınması barədə;

10. “Səba” ASC-nin Nizamnaməsinin yeni redaksiyası barədə.Xatırladaq ki,  "Səba"nın aktivləri Hidayət Quliyev (37,5%), Natiq Quliyev (37,5%) və Azərbaycan İnvestisiya Holdinqinə (25%) məxsusdu. Onların Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun xalası oğlanları olduğu bildirilir. "Bank Respublika” ASC-nin əsas səhmdarlarından olan Natiq Quliyevin qardaşları Elçin və Namiq Quliyevlə birlikdə Elman Rüstəmovun Azərbaycanda müxtəlif sahələrə aid biznesini idarə etdikləri bildirilir. Bura Rüstəmova aid bəzi bank və şirkətlərlə yanaşı, maşın salonları, restoranlar, şadlıq evləri, quşçuluq təsərrüfatı və sair daxildir.

Qeyd edək ki, bir müddət əvvəl "Səba" ASC-nın aktivlərinin  "Chicken Pro." MMC şirkəti tərəfindən alındığı xəbəri yayıldı. Nəzərə alsaq ki, "Chicken Pro." MMC şirkəti “Səba” ASC-nin törəmə şirkətidir, satışa məhz “Səba”-nın səhmlərinin çıxarıldığı ehtimal etmək olar. 

Bu və yuxarıda qeyd edilən iclasın gündəliyi “Səba”-nın çətin maliyyə durumuna düşdüyünə dair təsəvvür yaranır. Əks halda, şirkət özünün əhəmiyyətli aktivlərini niyə satışa çıxarsın ki...?

Azpolitika.info



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.