İsrailin əvvəlcə HƏMAS, sonra isə Hizbullah liderinin zərərsizləsdirməsinə İrandan cavab gəlməzsə, bu, Yaxın Şərqdə yeni reallıqlar yaradacaq.
Cia.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev qeyd edib.
“SEPAH tərəfindən idarə olunan proksi-qüvvələrin İranla əlaqələri korlanacaq. İranın bölgədə nüfuzu daha da zəifləyəcək. İsrail isə İrana və Livana qarşı əlavə təsir imkanları əldə edəcək”, - o bildirib.
Qeyd edək ki, Hizbullah lideri Həsən Nəsrullahın Beyruta endirilən zərbələr nəticəsində öldüyünü İsrail ordusu təsdiqləyib./Axar.az/
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.