banner
banner

Şou

Rövşanənin "Bazar səhəri"ndə dəyişiklik

Rövşanənin "Bazar səhəri"ndə dəyişiklik

Aparıcı Rövşanə Asəfqızı “Günə baxan” verilişinin qonağı olub. 
O, şəxsi həyatı ilə gündəmə gəlməyi sevmədiyini deyib: 
“İstəmirəm şəxsi həyatım saytlarda manşet olsun. Bütün varlığımla bunu gündəmdən uzaq saxlamağa çalışıram. Hər kəsin intim həyatı var. Bu, onun özünə aiddir. Mən bunun işıqlandırılmasına qadağa qoyuram. Kimsə şəxsi həyatımla bağlı nəsə yazsa, məhkəməyə verəcəm. Amma tənqidə normal baxıram. Mənim qədər tənqid edilən ikinci bir aparıcı yoxdur. Təhqiri isə qəbul etmirəm. Üç vəkilim var. Təhqir olunsam, məhkəməyə verəcəm”. 
R.Asəfqızı şoumen Kamran Həsənli ilə aparacağı verilişindən də söz açıb:
“Verilişimiz həftənin bazar günü saat 11:00-dan 13:30-a kimi davam edəcək. Çox yaxşı və fərqli proqram olacaq. Yeni mövsümdə isə Kamranla başqa bir layihə təqdim edəcəyik. Fərqli format, yeni studiya olacaq”.

Xatırladaq ki, R.Asəfqızı “Bazar səhəri”ni bu günə kimi tək aparırdı.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.