Baba Rzayevin 1 milyonluq tenderinə icazə verilmədi
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tenderin nəticələri ləğv edilib.
Müxtəlif növ elektrik mallarının satın alınması nəzərədə tutulan işlərə icazə verilməyib.
İşlərin ləğv edilməsinin səbəbi isə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olması və ya “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1.-ci maddəsinin tələbinin pozulması göstərilib.
Həmçinin 350 min mantalıq tenderdə ləğv olunub Belə ki,”Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tenderin nəticələri ləğv edilib. Azərbaycan enerjisistemi üzrə 250 MVt gücündə Batareya Enerji Saxlanc Sisteminin (BESS) optimal yerləşmə yerlərinin təyin edilməsi, təfsilatlı layihələndirilməsi və tikintisi üçün texniki şərtlərlə birlikdə ilkin layihələndirmə və tender sənədlərinin hazırlanması əzərədə tutulan işlərə icazə verilməyib.
Xatırladaq ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Rzayevdir.
Qeyd edək ki,oktyabrın 5-də Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” ASC-nin Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.\Xalq.az
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.