"Billboard" musiqi mükafatının təqdimetmə mərasimi sənətdən çox, geyimləri ilə diqqət mərkəzində olub. Tədbir keçən axşam ABŞ-da Las Veqasda baş tutub. Mərasimdə mükafatlar öz sahiblərinə təqdim edilib. İngilis musiqiçi Taylor Svift isə 8 mükafat alıb. Lakin tədbir təkcə adların açıqlanması ilə deyil, qadın ifaçıların rəngarəng geyimləri ilə də yadda qalıb. Xüsusilə Cennifer Lopez, Taylor Svift, Krissy Tiigen və Meray Kerinin dərin sinə dekolteləri jurnalist və fotoqrafların əsas hədəfinə çevrilib. Günün ən unudulmaz geyimi isə Cennifer Lopezin şəffaf paltarı olub.
Gecənin aparıcılarından biri Krissi Tiigen isə tədbir boyu bir neçə dəfə geyimini dəyişib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.