Cia.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bəşəriyyətin III Dünya müharibəsinin astanasında olduğunu söyləyib. Lukaşenko universitet tələbələri ilə görüşündə deyib: "Biz son zamanlar, iraq olsun, üçüncü dünya müharibəsinin başlamamasından çox danışırıq. Lakin, əslində bu dəhşətli hadisənin lap astanasındayıq. Amma, şükürlər olsun, bəşəriyyət nə cürsə, hələlik dayanıb və hələ III Dünya müharibəsinə atılmayıb". Lukaşenko əlavə olaraq deyib: "Həqiqi informasiya müharibəsinin getdiyi isə dəqiqdir. Dünyanı informasiya idarə edir".
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.