banner
banner

Sosİal

Qar, külək, 22° şaxta... - Sabahın havası

Qar, külək, 22° şaxta... - Sabahın havası

Dekabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Cia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-9° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 0-5° şaxta olacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.

Bu bayram rayona getmək istəyənlərə pis xəbər – 800 manatlıq xərc gözlənilir

“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.