banner
banner

Gündəm

Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi

Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi

Azərbaycan maliyyə nazirinin səlahiyyətlərini icra edən şəxs məlum olub.

Cia.az xəbər verir ki, hazırda nazirin vəzifələrini nazir müavini Azər Bayramov yerinə yetirir. O, 2004-cü ildən nazir müavini postunda çalışır.

A.Bayramov xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.

Qeyd edək ki, Maliyyə Nazirliyinin Əsasnaməsinə görə, maliyyə nazirinin bir birinci müavini və üç müavini var. Hazırda isə maliyyə nazirinin birinci müavin və digər iki müavin vəzifəsi boşdur.

Yanvarın 10-da maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. O, 2006-cı ildən bu vəzifədə çalışırdı.

Teleqraf.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.