Popun kralı, mərhum ifaçı Mayk Ceksonun qızı ərə getməyə hazırlaşır.
Bunu jurnalistlər 17 yaşlı Perisin barmağındakı nişan üzüyünə əsasən deyirlər. O, sevgilisi, 18 yaşlı futbolçu Çet Kastellou ilə tez-tez Los-Anceles küçələrində görünür. Perisin rəsmi himayəçisi, M.Ceksonun qardaşı Cermen onların münasibətinə qarşı olmadığını söyləyib.
Qızın əmisi Mayklın ölümündən sonra Perisin depresiyaya düşdüyünü, hətta intihar etmək istədiyni bildirib. O, qızn son zamanlar pis vərdişlərdən uzaq və şən göründüyünə görə xoşbəxt olduğunu deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.