Kartof ən çox istifadə etdiyimiz tərəvəzlərdən biridir. Lakin çətin ki, hamının bu tərəvəzin şirəsinin müalicəvi xüsusiyyətlərindən xəbəri var. Kartof şirəsinin faydalarını təqdim edirik.
Kartof şirəsi çox faydalı maddələrlə zəngindir. Onun tərkibində C, B, PP, E kimi vitaminlər, dəmir, kalsium, kalium, fosfor, mis, aminturşuları, nişasta var.
Kartof şirəsi orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar, radionukleidlər və s.) təmizləyir və bir çox xəstəliklər, pozulmalar zamanı çox yaxşı müalicəvi təsir edir:
***
- Mədə xorası və qastrit zamanı kartof şirəsi çox yaxşı müalicəvi təsir edir. Kartof şirəsi yarasağaldan təsirinə malikdir - mədənin selikli qişasını bərpa edir, kiçik yaraları və eroziyaları sağaldır. Kartof şirəsi həmçinin mədə şirəsinin turşuluğunu azaldır və bu səbəbdən mədənin selikli qişası daha tez bərpa olunur.
Mədə şirəsinin turşuluğu aşağı olan insanlar kartof şirəsini içməməlidir.
Mədə xorası və qastrit zamanı kartof şirəsi həmçinin ağrıları azaldır və antiseptik təsir edir.
Mədə xorası və qastrit zamanı kartof şirəsini müalicə kursu şəklində qəbul etmək lazımdır. Gün ərzində qida qəbulundan əvvəl 3 dəfə 1/3 stəkan kartof şirəsini içmək lazımdır. Müalicə kursu - 20 gün.
- Kartof şirəsi hamilə qadınlarda qıcqırma zamanı çox yaxşı kömək edir. Qıcqırma zamanı bir niçə qurtum şirə qəbul edin.
- Kartof şirəsi sidikqovucu təsirinə malikdir və bu səbəbdən böyrəklərə də yaxşı təsir edir - böyrəkləri təmizləyir, fəaliyyətini yaxşılaşdırır, ödemləri aradan qaldırır.
- Kaliumla zəngin olan kartof şirəsi ürək xəstəlikləri zamanı da çox xeyirlidir. Həmçinin kartof şirəsi orqanizmdən artıq mayeni xaric edir və nəticədə arterial təzyiqini tənzimləyir, ürəyə olunan yükləməni azaldır.
- Kartof şirəsini həmçinin müxtəlif dəri problemləri zamanı da - yanıqlar, sızanaqlar və s. - istifadə etmək olar. Kartof şirəsi üz dərisini ağardır, piqment ləkələri və çilləri daha az görünən edir, dərini cavanlaşdırır.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.