Kolumbiyada baş verən sürüşmədə ölənlərin sayı artır. Kolumbiyanın şimal-qərbindəki Antokiya departamentində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb, onlarla insan isə xəsarət alıb.
Davam edən intensiv yağışlar nəticəsində baş vermiş torpaq sürüşməsinə Santa Marqarita kəndi məruz qalıb.
Hadisə yerinə gedən ölkə prezidenti Xuan Manuel Santos zərərçəkən ailələrə baş çəkib, onlara əllərindən gələn köməyi edəcəklərini, evlərinin bərpasına çalışacaqlarını bildirib.
Təbii fəlakət zamanı bir çox ev uçub. Hadisə yerinə xilasedicilər cəlb olunub.
Hələlik təbii fəlakətin miqyası tam müəyyənləşməyib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.