banner
banner

Dünya

Evlərə 100 meqabitlik internet çəkiləcək

Evlərə 100 meqabitlik internet çəkiləcək

Çinin üç aparıcı mobil rabitə operatoru istehlakçılar üçün genişzolaqlı internet tariflərini azaldıb.

Çində 649 milyon internet istifadəçisi var. Bu, dünya ölkələri arasında ən yüksək göstərici olsa da, Çin üçün əhalinin təxminən yarısı deməkdir. Ölkədə internetə orta çıxış sürəti 3,4 Mbit/saniyəyə çatdığı halda ABŞ-da bu göstərici 11,1 Mbit/saniyə təşkil edir. Sürəti kəskin artırmaq üçün Çin hökuməti zəruri tədbirlər həyata keçirməyi planlaşdırır. Bu barədə "İctnews" xəbər verir.

Belə ki, Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, 2017-ci ilin sonunadək ölkədə əksər evlər internetə 100 meqabitlik kanal vasitəsilə daxil ola biləcək. Belə kanallar isə Çində çox bahadır. Məsələn, "China Telecom” hazırda 100 Mbit/saniyə sürətlə çıxışı illik 3 min yuan (493 dollar) tariflə təqdim edir.

Lakin indi operator tarifi minimum 30 faiz azaltmağı düşünür. 2017-ci ilin sonuna şəhər yerlərində orta sürətin 100 Mbit/saniyəyədək, kənd yerlərində 20 Mbit/saniyəyədək artacağı gözlənilir. 

Çinin rabitə operatoru məlumatların ötürülməsi tariflərini də yarıbayarı aşağı salır

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.