banner
banner

Gündəm

Bu vəzifəni də Samir Şərifov icra edəcək

Bu vəzifəni də Samir Şərifov icra edəcək

Azərbaycan ilə Belarus arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın sədri dəyişib.

Cia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Komissiyanın sədri artıq Samir Şərifov olacaq. İndiyə qədər komissiyaya Əli Əhmədov sədrlik edirdi.

Eyni zamanda digər sərəncamla Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın sədri də dəyişib. Komissiyanın sədri Samir Şərifov olacaq. İndiyə qədər bu vəzifəni Azərbaycanın ekologiya və təbii sərvətlər naziri icra edirdi.

Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın üzvlərinin sayı da artırılıb. Siyahıya Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini və Azərbaycan Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri də əlavə edilib.

Həmçinin, “Azərbaycan ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən tərkibi haqqında” Sərəncama edilən dəyişikliklə Komissiyanın sədri vəzifəsi Samir Şərifova həvalə edilib. Komissiyanın üzvləri sırasına isə Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini əlavə edilib.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Hökuməti və Çexiya Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın sədri də dəyişib. Komissiyanın sədri vəzifəsi Azərbaycan iqtisadiyyat nazirinin müavini Anar Axundova həvalə edilib. İndiyə qədər bu vəzifəni Sahib Məmmədov icra edirdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.