Türkiyəni şoka salan cinayət: ifaçı başından vuruldu
Türkiyədə məşhur musiqi yarışmalarından birinin iştirakçısı silahlı hücuma məruz qalıb. Türkiyənin reytinqli televiziyalarından birində yayımlanan “Səsi çox gözəl” yarışmasında parlayan Mutlu Kaya adlı iştirakçı naməlum şəxs və ya şəxslər tərəfindən yaşadığı evdə başından vurulub.
Hadisə baş verən zaman o, evdə müsabiqə üçün məşq edirmiş. Diyarbəkir vilayətinin Ergani rayonundan kəşf edilərək Sibel Can vasitəsilə televiziya yarışmasına gətirilən 19 yaşlı qızın vurulması məşhur müğənnini də kədərə boğub.
Sibel Can bu barədə “Instagram” sosial şəbəkəsində yazıb: “Mənim gözəl Mutlu qızım, necə qıydılar sənə? Çox kədərliyəm. Müsabiqə sayəsində tanıdığım minlərlə parlaq qızımızdan biri olan Mutlunun səhhəti hazırda çox kritikdir. Dualarınızı əskik etməyin.”
Cinayətkarın yaxalanmmsı üçün axtarış-əməliyyat tədbirlərinə başlanılıb. İlkin olaraq, bir nəfər şübhəlinin saxlanıldığı bildirilir.
M.Kayanın atası da qızının vurulmasından dəhşətə gəlib.
“Mən övladımı asanlıqla bu səviyyəyə gətirmədim. Dövlətdən, millətdən kömək gözləyirəm. Qızım sağalsın, mən başqa bir şey istəmirəm. Əsas da Sibel Candan kömək gözləyirəm. Sibel Can onun anası kimidir. Hadisəni törədənləri tanımırıq. Şübhələndiyimiz kimsə yoxdur. Kimdirsə, Allah bəlasını versin”– deyə, atası Mehmet Kaya fəryadınını dilə gətirib.
Qeyd edək ki, məktəblərdən birinin bufetində işləyən 19 yaşlı Mutlu Kayanı Sibel Can Diyarbəkirdən İstanbula “Səsi çox gözəl” musiqi yarışmasında iştirak etmək üçün gətirmişdi.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.