banner
banner

Gündəm

Nazirin paylaşımı tənqid olundu - FOTO

Nazirin paylaşımı tənqid olundu - FOTO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin paylaşımı müzakirələrə səbəb olub.

Nazir sosial "Facebook" hesabında internetin sürətinin artması barədə paylaşım edib.

"2024-cü ildə ölkəmizdə sabit #genişzolaqlı internetin orta sürəti 2023-cü illə müqayisədə 30.3 Mbit/s artaraq 65.6 Mbit/s təşkil edib", - nazir yazıb.

Nazirinin bu paylaşımı izləyiciləri tərəfindən tənqid olunub. Sosial şəbəkə istifadəçiləri "Tarifə uyğun internet verilmir", "Gəncə şəhərində sürət 30-dan yuxarı deyil", "Kağız üzərində hər şey çox gözəl görsənir", "Qiyməti nə qədər olub? 10 azn indi olub 25 azn" və s. şərhlər yazılaraq internetin qiymətinin baha olmasından şikayət ediblər.

Xatırladaq ki, 2024-cü il avqust ayından Azərbaycanda 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN tariflər tətbiq edilir. Daha əvvəl qiymətlər 50 Mbit/s internet üçün 15 AZN-dən başlayırdı.

Ucnoqte.az

Fotoları təqdim edirik

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.