Azərbaycanda evliləri sevindirəcək qərar veriləcək? - Pul, mükafat, imtiyaz...
Azərbaycanda evliləri sevindirəcək qərar veriləcək? - Pul, mükafat, imtiyaz.
Rusiyada evliliyi uzun müddət davam edən cütlüklərlə bağlı təklif maraq doğurub. Belə ki, Dövlət Dumasına təqdim olunan müvafiq qanun layihəsində həmin şəxslər üçün nağd ödənişlər, mükafatlar nəzərdə tutulub. Bu addımın səbəbi isə boşanmaların sayının artmasıdır. Azərbaycanda da bu sahədə vəziyyət ürəkaçan deyil. Ötən illə müqayisədə nikahların sayı azalıb, boşanma halları artıb.
Ölkəmizdə oxşar qərarlar verilə bilərmi?
Globalinfo.az-a danışan sosioloq Lalə Mehralı deyib ki, bir çox ölkələrdə uzunömürlü ailələrə müəyyən imtiyazlar verilir:
“Dövlətin mükafatı, güzəştləri buna nümunədir. Həmin ölkələr effektini də görüblər. Rusiya da bu üsuldan istifadə etmək fikrindədir. Kifayət qədər qənaətbəxş olduğunu düşünürəm. Çünki ailələrin uzunömürlülüyünə xidmət edən istənilən mexanizm cəmiyyətə də yaxşı təsir edirsə, xoş qarşılanır”.
Sosioloq bildirib ki, dövlətin bu cür addımları ailə təməlinin möhkəm olmasına xidmət edir:
“Azərbaycanda da boşanmalarla bağlı problem var və hətta böhran dövrünü yaşayırıq. Ölkəmizdə cütlüklərin ildönümündə birdəfəlik nəğd ödənişlərin olması müsbət nəticələnə bilər. 15, 20, 30, 40 il – hər dövr üçün mükafatların, imtiyazların təyin edilməsi mümkündür. Boşanmaların qarşısını almaq üçün ediləcək kiçik bir iş belə faydalıdır. Əks halda, bu gedişlə Azərbaycanda evli cütlük qalmayacaq”.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.
“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.