20 fevral 2025-ci il tarixində ölkəmizin bir sıra onlayn media resurslarına qarşı həyata keçirilən kütləvi kiber hücumu Azərbaycanın informasiya təhlükəsizliyinə təhdid kimi qiymətləndirir və bildiririk ki, veb-saytların fəaliyyətinin bərpası istiqamətində zəruri tədbirlər görülməkdədir.
Cia.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) açıqlama yayıb.
Açıqlamada deyilir ki, hazırda müvafiq dövlət qurumları tərəfindən kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması və gələcəkdə belə halların təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.
"Ölkəmizin informasiya təhlükəsizliyinə yönəlmiş bu hücum bir daha sübut edir ki, milli informasiya məkanımız daim ictimai fikri çaşdırmaq istəyən qüvvələr tərəfindən nəinki dezinformasiya və yanlış xəbərlərin yayılması, habelə media infrastrukturuna müdaxilə olunaraq məlumatın mənbədən silinməsi və dəyişdirilməsi cəhdləri ilə hədəfə alınır.
Bu kimi halların qarşısının alınması məqsədilə media qurumlarını öz resurslarının mühafizəsinə daha həssas yanaşmağa çağırırıq", - açıqlamada qeyd olunub.
Xatırladaq ki, “Qlobal” Media Qrupun nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu həyata keçirilir. Bu kiberhücumlarla əlaqədar hazırda "Report.az", "Oxu.az", "Media.az", "Baku.vs", ''Caliber.az" saytlarının və "Baku TV"nin fəaliyyətində problem yaranıb.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.