Çin virusoloqları COVID-19 ilə eyni şəkildə insanlara yoluxa bilən yeni yarasa koronavirusu aşkar ediblər.
Cia.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Nəşr qeyd edir ki, bu virus ilk dəfə Honq-Konqda yapon yarasasında aşkar edilmiş HKU5 koronavirusunun yeni nəslidir. Nəşr vurğulayır ki, Çin Elmlər Akademiyasının Quançjou filialı, Uhan Universiteti və Uhan Virusologiya İnstitutunun mütəxəssisləri Quançjou laboratoriyasında araşdırma aparıblar.
Viroloqlar qeyd edirlər ki, yarasa nümunələrindən təcrid olunmuş yeni virus insan hüceyrələrinə yoluxa bilər.
Alimlər hələlik panikaya səbəb olmadığını deyirlər. HKU5-CoV-2-nin insanlarda ortaya çıxma riskini şişirtmək olmaz, lakin daha ətraflı araşdırmaya ehtiyac var.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.