banner
banner

Dünya

Dünyanın ən güclü 10 ordusu

Dünyanın ən güclü 10 ordusu

"Global Firepower" analitik şirkəti dünyada ən güclü ordunun hansı ölkəyə mənsub olmasını müəyyənləşdirib.
126 ölkə arasında aparılan qiymətləndirməyə əsasən, ilk yeri ABŞ, ikinci yeri Rusiya ordusu tutub. Çin üçüncü, Hindistan dördüncü olub. İlk onluğa həmçinin Yaponiya, Türkiyə, Böyük Britaniya, Fransa, Almaniya və Cənubi Koreyanın Silahlı Qüvvələri daxildir.

Reytinqdə orduların gücü, sayı, müdafiə büdcəsi, flot, aviasiya və tankların sayı üzrə qiymətləndirilib.

Ekspertlər bildirib ki, Rusiya ordusunun əsas gücünü tanklar, hərbi dəniz və hərbi hava qüvvələri təşkil edir. ABŞ-ın hərbi büdcəsi başqa dövlətləri üstələyir və 612 milyard dollardır. ABŞ-ın silahlı qüvvələri 8,3 min tankdan, 25,7 min zirehli avtomobildən, 1,7 min artilleriya topundan və s. ibarətdir.

Rusiya ordusu 15,5 min tank, 27 min zirehli avtomobil, 4,6 min artilleriya topları ilə ABŞ-ı üstələyir.

Bundan başqa, Global Firepowerin analitikləri Rusiya ordusunun səfərbər potensialını Amerikadan yüksək qiymətləndiriblər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.