banner
banner

Sosİal

Azərbaycanda Aliment Fondu yaradılacaq

Azərbaycanda Aliment Fondu yaradılacaq

Aliment tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı şikayətlər çoxluq təşkil edib. Bir çox hallarda borclu barədə tələbin yönəldilə biləcəyi əmlak və ya gəlirlər aşkar edilmədiyindən və tələb könüllü icra olunmadığından məhkəmə qərarlarının icrasında çətinliklər yaranıb. Cia.az xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, bu, borclu şəxslərin məşğulluğunun təmin olunması məsələsində icbari yanaşmanın tətbiqini aktullaşdırır. Alimentin borclu tərəfindən vaxtında ödənilməməsi və ya ödənişdən boyun qaçırılması, yaxud da borclunun icra qurumlarından gizlənməsi müvafiq məhkəmə qərarlarının icra edilməsinə ciddi maneələr törədir.

“Qeyd olunanlarla bağlı bir sıra hallarda zəruri tədbirlərin görülməsi təmin edilsə də, ümumilikdə bu kimi məsələlər xüsusi narahatlıq doğurmaqdadır. Ombudsmanın əvvəlki illik məruzələrində Aliment Fondunun yaradılması ilə bağlı irəli sürdüyü təklif aktuallığını saxlamaqdadır. Xüsusilə də, son vaxtlar millət vəkilləri və bir sıra dövlət qurumları tərəfindən Ombudsmanın bu təklifinin dəstəklənməsi Aliment Fondunun yaradılmasının əhəmiyyətini bir daha önə çəkir".

Qafqazinfo.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.

Bu bayram rayona getmək istəyənlərə pis xəbər – 800 manatlıq xərc gözlənilir

“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.