Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi fiziki şəxs Həsənzadə Rəşad Elxan oğlu (VÖEN – 1007616502) ilə satınalma müqaviləsi imzalayıb.
Cia.az bildirir ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Müqaviləyə əsasən, Dövlət Agentliyi Həsənzadə Rəşad Elxan oğlundan ofis sahəsini icarəyə götürəcək və qarşılığında 114 min manat ödəyəcək.
Onu da bildirək ki, Dövlət Agentliyi ötən il ərzində də Rəşad Həsənzadə ilə 84 min və 31 min manat dəyərində 2 satınalma müqaviləsi imzalayıb.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin Azərtaca müsahibəsi
Qeyd edək ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi direktoru Cavid Abdullayevdir.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.