Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili qanunsuz sərhəd keçidi ittihamı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Cia.az xəbər verir ki, bu cəza onun büdcə vəsaitlərinin israfına görə əvvəlki 9 illik həbsinə əlavə olunub.
Beləliklə, Saakaşvili ümumilikdə 12 il 6 ay həbsdə qalacaq. Onun həbs müddəti 1 oktyabr 2021-ci ildən hesablanır.
Sabiq prezident 29 sentyabr 2021-ci ildə Ukraynadan gizli şəkildə Gürcüstana qayıtmış, həmin vaxt artıq qiyabi olaraq 6 il həbs cəzasına məhkum edilmişdi. 2022-ci ildən cəzasını “Vivamed” klinikasında çəkir. Eyni zamanda, ona qarşı 7 noyabr 2007-ci il hadisələri ilə bağlı məhkəmə prosesi davam edir.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb