Cia.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan 25-26 mart tarixlərində Birləşmiş Ştatlarda rəsmi səfərdə olacaq. Fidanın ABŞ dövlət katibi Marko Rubio və digər yüksək vəzifəli ABŞ məmurları ilə görüşləri planlaşdırılıb. Prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən sonra Türkiyə diplomatiyasının rəhbəri ilk dəfə bu ölkəyə səfər edir. Diplomatik mənbələrin məlumatına görə, görüşlər zamanı ANkara ilə Vaşinqton arasındakı ikitərəfli münasibətlərdə atılacaq strateji addımlar, həmçinin, dövlət başçıları səviyyəsində səfərlərə hazırlıq məsələləri müzakirə ediləcək.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.