Xəbər verdiyimiz kimi, Azərbaycanın bütün məscidlərində sabah - martın 30-da Ramazan bayramı münasibətilə bayram namazları qılınacaq. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.
Hər il Ramazan ayında bayramın sabah, yoxsa birigün olması fikri müzakirələr yaradır. Bu ildə eyni mövzu ətrafında müzakirələr davam edib.
Bəs oruc tutan insanlar martın 30-da namazadək oruc tutmalıdırlar, yoxsa 29-da yekunlaşdırırlar?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Hacı Fuad Nurullayev bildirib ki, oruc tutan insan bayramın olduğunu dəqiqləşdirdikdən sonra oruc tuta bilməz:
“Bayram günü oruc tutmaq haramdır. Bayram namazına gedən insan yeməyini yeməli, buna da iftar etmək deyilir, daha sonra bayram namazına qatılmalıdır. Allah bayramımızı mübarək etsin!” \Ölkə.Az
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.
“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.