banner
banner

Şou

“Adımıza-sanımıza yaraşır?” - Nigar Şabanova OD PÜSKÜRDÜ

“Adımıza-sanımıza yaraşır?” - Nigar Şabanova OD PÜSKÜRDÜ
“Teleaparıcılar və müğənnilər arasında reytinq söhbəti gedir. Aparıcılar deyirlər ki, xalq mahnılarının ifaçıları verilişlərə gəlirlər, reytinq vermirlər. Musiqi savadı və zövqü olmayan musiqinin nə olduğunu bilməyən ifaçılar isə verilişlərə gəlib, reytinq verirlər. Çünki iraq yaxşılardan, bəziləri efirə çıxıb, təlxəklik edir”.

Cia.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova instaqramda yayımladığı videoaçıqlamada deyib.

Sənətçi son günlər bir sıra həmkarlarının reytinqə görə aparıcılar və televiziyalar ilə mübahisə yaşamasına belə münasibət bildirib:

““Əməkdar artist” fəxri adını daşıyan xalq mahnılarını ifa edən xanəndələrə üzümü tuturam. Bir tamaşaçı kimi evdə oturub, televizora baxıram. Siz tələbələrinizlə efirə çıxırsınız, amma fonoqram ifa edirsiniz. Bu, nə dərəcədə düzgündür? Adımıza-sanımıza yaraşır? Bu yaraşır bizim muğam ifaçısı olmağımıza? Çoxunuz Milli Konservatoriyada dərs deyirsiniz, Opera və Balet Teatrında işləyirsiniz, Milli Konservatoriyada Xalq çalğı alətləri bölümündə nə qədər tələbələr dərs alır, niyə pulunuza qıyıb, onları efirə dəvət etmirsiniz? Bunu niyə etmirsiniz? Bəs həmin musiqiçi uşaqları kim həvəsləndirməlidir?

Siz etməyin, bəs kim etsin? Niyə gəncləri maarifləndirmisiniz? Tar, kaman, əlinizdə dəf… Onunla hara qədər ifa edəcəksiniz? Niyə efirlərə ansabl ilə, yeni proqramlar, yeni repertuarla çıxmırsınız? Niyə Milli Konservatoriyada təhsil alan orkest və ansamblın uşaqları ilə efirə çıxmırsınız? Axı onlarında təhsilinin bir bəhrəsi olmalıdır. Əməkdar və Xalq artisti fəxri adını daşayanlar az mı qazanırsınız? Yəni siz oradan kasıb canı ilə təhsil alan tar, kaman, nağara, qarmon ifaçıları ilə birlikdə efirə niyə çıxmırsınız? Siz öz aranızda 200 manatdan atışıb, pulu cəmləyib, bir gözəl ansambl yaradıb, efirə çıxıb, sənət göstərə bilərsiniz”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.