banner
banner

Hərbİ

Bu şəxslər hərbi xidmətdən müvəqqəti azad olunur – RƏSMİ

Bu şəxslər hərbi xidmətdən müvəqqəti azad olunur – RƏSMİ

Azərbaycanda ali təhsil alan şəxslərə hərbi xidmətdən möhlət verildiyi hər kəsə məlumdur.

Bəs təhsildən başqa hansı hallarda hərbi xidmətdən müvəqqəti azad olmaq mümkündür?

Cia.az xəbər verir Mövzu ilə bağlı Metbuat.az-a danışan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Pərviz Sədrəddinov bildirib ki, Azərbaycan qanunvericiliyi vətəndaşlara yalnız üç əsas səbəbə görə müddətli həqiqi hərbi xidmətdən möhlət hüququ tanıyır:

“Təhsil möhləti – Əgər şəxs ali və ya orta ixtisas təhsilinə davam edirsə, bu zaman hərbi xidmətə çağırışdan müvəqqəti azad olunur. Sağlamlıq vəziyyəti – Şəxsin tibbi müayinəsi zamanı səhhətində hərbi xidmətə müvəqqəti yararsızlıq və ya çətinliklər aşkarlanarsa, möhlət tətbiq edilir. Bu qərar hərbi-həkim komissiyasının rəyinə əsasən verilir.

Ailə vəziyyəti – Əgər vətəndaş ailədə yeganə baxıcıdırsa və ya ailə vəziyyəti ilə əlaqədar hərbi xidmətə getməsi real deyil. Məsələn, ailəsində ağır xəstə, əlil və ya himayəsində azyaşlı varsa – bu halda da qanunla nəzərdə tutulan müvəqqəti möhlət hüququ var”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.