Yüksək vəzifəyə təyin olunan general kimdir? - DOSYE - FOTO
Azərbaycan Ordusunun 4-cü Ordu birliyinə (Bakı Korpusu) yeni komandir təyin olunub.
Cia.az “Teleqraf”a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Əmrə əsasən, general-mayor Akif Pirverdiyev 4-cü Ordu birliyinin komandiri vəzifəsinə gətirilib.
Birliyin bundan əvvəlki komandiri general-mayor Münasib Babayev idi.
Qeyd edək ki, general-mayor Akif Səməndər oğlu Pirverdiyev Goranboy rayonunun Qaramusalı kəndində anadan olub.
O, Birinci Qarabağ müharibəsində iştirak edib. 2004-cü ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) mənsubu kimi xidmətdədir. XTQ komandanının maddi-texniki təminat üzrə müavini işləyib. Sonradan XTQ-nin Qərargah rəisi olub.
General-leytenat Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı vəzifəsinə təyin olunduqdan sonra Akif Pirverdiyev bir müddət XTQ-nin komandanı vəzifəsini icra edib.
2020-ci ilin 44 günlük Vətən müharibəsində polkovnik rütbəsində olan A.Pirverdiyev cəbhənin müxtəlif istiqamətlərində döyüşüb.
Xüsusi Təyinatlı Qüvvələrin silah, ərzaq və digər təminatını onun rəhbərlik etdiyi bölmələr həyata keçirib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı Sərəncamla A.Pirverdiyev “Zəfər” ordeni ilə təltif olunub.
O, bu ordenlə təltif olunan 33 zabitdən biridir.
A.Pirverdiyev 2022-ci ilin iyun ayının 25-də dövlət başçısının Sərəncamı ilə general-mayor rütbəsinə layiq görülüb, daha öncə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.