banner
banner

Gündəm

Onların sürücüləri işdən azad olunacaq, məmurlara 2 500 AZN veriləcək

Onların sürücüləri işdən azad olunacaq, məmurlara 2 500 AZN veriləcək

““Azəriqaz” İB-nin baş direktoru əmr imzalayıb. Əmrə əsasən, vəzifəli şəxslərin sürücüləri işdən azad olunacaq. Bu şəxslər öz maşınlarından istifadə edəcək və bunun üçün onlara yüksək məbləğdə, təqribən, 2000-2500 manat vəsait – maşının icarəsi və benzin pulu ödəniləcək. Bu halda Bakı və regionlar üzrə vəzifəli şəxslərlə işləyən və ayda 600-700 manat əmək haqqı alan, təxminən, 500-ə yaxın sürücünün işsiz qalması gözlənilmirmi?”

Cia.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.

“Bu halda bir RQİİ (Regional Qaz İstismar İdarəsi) rəisi təxminən, 2500 manat əmək haqqı, 2500 manat maşın icarəsi üçün 600 litr pulsuz benzin alırdı. Ona xidmət edən maşının sürücüsü isə 600-700 manat əmək haqqı alırdı. Sual olunur ki, ayrılmış icarə pulu maşının markasından, şəxsin vəzifəsindən, yoxsa iş vaxtı daha çox istifadədən asılıdır? Bu halda udan kim, uduzan kim oldu?”, – o bildirib.

Yenisabah.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.