“Azərbaycan Dəmir Yolları” QSC-də işdən çıxarılan əməkdaşların məhkəmələrə müraciəti artmaqdadır. Cia.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları”na qarşı qaldırılan iddiaların əksəriyyəti işə bərpa, əmək haqqı tələbi, əmək münasibətləri ilə bağlıdır. Qarşıdakı 30 gün ərzində ADY ilə bağlı məhkəmələrdə ümumilikdə 44 prosesə baxılacaq ki, onlardan 8-i işçilər tərəfindən qaldırılan iddialardır.
Proslərdən ikisi əmək haqqı tələbi ilə 24 apreldə Nəsimi rayon Məhkəməsində (hakim Günay Abidova), biri 28 apreldə maddi və mənəvi zərərin ödənilməsi tələbilə Nəsimi rayon Məhkəməsində (Ramin Xəlilov), digər iki proses isə 30 aprel tarixində eyni rayon məhkəməsində işə bərpa və əmək haqqı tələbləri ilə (hakimlər Ceyhun Tağıyev, Günay Abidova) keçiriləcək.
2 və 5 may tarixlərində Bakı Apellyasiya Məhkəməsində baş tutacaq proseslər də əmək münasibətləri və işə bərpa tələb ilə qaldırılıb. İş hakim Nazim Cəfərovun və Elşən Kazımovun icraatındadır. 8 və 20 may tarixlərindəki işlərə isə Nəsimi rayon Məhkəməsində hakim Nail Abbasovun və Günay Abidovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, son günlər “Azərbaycan Dəmir Yolları” QSC-də işçilərin haqsız yerə ixtisar edildiyi və müxtəlif bəhanələrlə işdən azad olunması ilə bağlı narazılıqlar yaşanır. Təcrübəli işçilər fərqli bəhanələrlə işdən azad edilir.
Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovdur.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.