banner
banner

Dünya

Tramp mayın 9-da Moskvaya gələcək? – Kremldən açıqlama

Tramp mayın 9-da Moskvaya gələcək? – Kremldən açıqlama

ABŞ Prezidenti Donald Trampın mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılacağı gözlənilmir. Cia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Trampın faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş bayram tədbirləri ilə bağlı Moskvaya səfəri barədə heç bir söhbət yoxdur.

Rusiyanın Ukraynaya qarşı müharibəsinə münasibətdə bitərəf qalan dünyanın bir sıra iri dövlətlərinin liderləri mayın 9-da Moskvaya gələcəklərini təsdiqləyiblər. Onların arasında Çin, Hindistan, Braziliya, bir sıra MDB ölkələri, həmçinin Avropa İttifaqının üzvü Slovakiya və Aİ-yə üzv olmağa namizəd ölkə Serbiyanın liderləri var.

Avropa İttifaqının rəhbərliyi Moskvada keçirilən paradda iştirak edəcək Avropa liderlərinin əleyhinədir. Aİ-nin Xarici Siyasət üzrə rəhbəri Kaja Kallas aprelin 14-də deyib ki, Brüssel Avropa liderlərinin, xüsusən də Avropa Birliyinə üzv olmaq istəyənlərin Moskva qeyd etmələrində iştirakına son dərəcə mənfi baxacaq.

Kallas Avropa liderlərini mayın 9-da Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə Kiyevə gələrək, Avropada İkinci Dünya Müharibəsindən bəri ən böyük təcavüzə qarşı həmrəylik və qətiyyət nümayiş etdirməyə çağırıb.

AzPolitika.info



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.