banner
banner

Gündəm

Əfvlə bağlı yeni xəbər: bu tarixdə imzalanacaq – Açıqlama

Əfvlə bağlı yeni xəbər: bu tarixdə imzalanacaq – Açıqlama

Xəbər verdiyimiz kimi, Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası mayın 16-da baş tutacaq. Əfvlə bağlı ehtimal olunan tarixə yaxınlaşırıq. İctimaiyyət arasında əfv sərəncamının 28 May –Müstəqillik Günü ərəfəsində imzalanacağı ilə bağlı gözləntilər güclənib. Bir çoxları bu iclasın komissiyanın sonuncu toplanması ola biləcəyini düşünür.

Qeyd edək ki, komissiya mart ayının əvvəlindən etibarən mütəmadi şəkildə toplantılar keçirib. Lakin Novruz bayramında gözlənilən əfv sərəncamı reallaşmadı, bu isə ümidlərin may ayına yönəlməsinə səbəb oldu.Globalinfo.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, may ayında əfv sərəncamı imzalanacaq:

 

Novella Cəfəroğlu

“Dəqiq tarixi məlum deyil. Amma mütləq may ayında əfv sərəncamı imzalanacaq. Novruz bayramı ərəfəsində olmamasının səbəbi də budur. Komissiya üzvləri ilə aparılan danışıqlardan sonra belə qərarlaşdırdıq ki, Novruz bayramı ərəfəsində deyil, məhz may ayında olsun. Bu dəfə təxirə salınmayacaq”.

Safura Bənnayeva
Globalinfo.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.