banner
banner

Sosİal

Quru sərhədlərlə bağlı YENİ XƏBƏR VAR: Gürcüstan, İran və Rusiya ilə...

Quru sərhədlərlə bağlı YENİ XƏBƏR VAR: Gürcüstan, İran və Rusiya ilə...

Ötən gün İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri baş tutdu. Məlum məsələdir ki, qonşu ölkənin prezidenti Pezeşkianın ölkə başçısı İlham Əliyevlə görüşü zamanı hər iki ölkənin maraqlandıran bir sıra mövzular müzakirə olunub.

Bəs, görəsən, müzakirə olunan mövzular arasında iki ölkə arasında quru sərhədinin açılması məsələsi də yer alıb? Baş tutan görüş bu məsələyə təkan verə bilərmi?

Milli Məclisin deputatı Fazil Mustafa “Referans”-a açıqlamasında bu sualı cavablandırıb.

 

“Quru sərhədlərinin açılması təhlükəsizliklə bağlı məsələdir. Bu, daha çox təhlükəsizliklə bağlı məsələdir. İndiki vəziyyətdə biz bütün ölkələrlə eyni yanaşma tətbiq etmişik. Bura Türkiyə, İran, Rusiya və s. ölkələr də daxildir. Ona görə də yaxın gələcəkdə belə bir addımın olmasını proqnozlaşdırmaq çətindir. Amma əvvəl-axır bu məsələ ilə bağlı bir qərar veriləcək. Bu səbəbdən hesab edirəm ki, müəyyən risklər azaldıqdan sonra müsbət qərar mümkün olacaq”.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan isə düşünür ki, istənilən qonşu ölkə ilə quru sərhədlərinin açılması məsələsi təmamilə Azərbaycanın öz daxili işidir.

 

“Bu məsələnin başqa ölkələrə elə də ciddi təsiri yoxdur. Eyni zamanda başqa ölkələr Azərbaycana bu məsələ ilə bağlı təziq göstərə bilməzlər. Azərbaycanın təhlükəsizliyi, yoluxucu xəstəliklərlə bağlı gördüyü profilaktik tədbirlər nəticəsində quru sərhədlər hələ də bağlıdır. Düzdür, Məsud Pezeşkian çıxışında yolların açılması kimi ifadələrdən istifadə edərək quru sərhədlərin açılmasına işarə etdi və yaxud “Azərbaycan üçün İranda heç bir məhdudiyyət yoxdur” kimi ifadələr, açıqlamalar verdi. Amma bunlar İran-Azərbaycan arasında quru yolunun açılmasına qoyulan tələb deyil”.

Siyasi şərhçi qeyd edib ki, Gürcüstan, İran və Rusiya ilə quru sərhədlər Azərbaycanın maraqları təmin olunan halda, təhlükəsizliyi təhdid edən məsələlər tam şəkildə qarada qalxdıqda, eləcə də yoluxucu xəstəliklərin yayılmasının tempi azaldıqda quru sərhədlərin açılması mümkün ola bilər.

“Ötən gün baş verən səfərin quru sərhədlərinin açılmasına təkan verməsi isə Azərbaycan-İran münasibətlərindən asılıdır. Azərbaycan-İran münasibətlərində təhlükəsizliyin təmin edilməsi, İrandan gələ biləcək yoluxucu xəstəliklərin ehtimalının minimuma enməsi və s. Azərbaycan tərəfi bu nüanslardan tam şəkildə əmin olduqdan sonra təbii ki, baş tutan görüşlərin məsələyə təkan verməsi mümkün ola bilər”.

 

Fidan Vəlisoy



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.

Bu bayram rayona getmək istəyənlərə pis xəbər – 800 manatlıq xərc gözlənilir

“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.