banner
banner

Sosİal

MÜAVİNƏT VƏ TƏQAÜDLƏR NƏ VAXT ARTIRILACAQ? - Deputatdan və ekspertdən AÇIQLAMALAR

MÜAVİNƏT VƏ TƏQAÜDLƏR NƏ VAXT ARTIRILACAQ? - Deputatdan və ekspertdən AÇIQLAMALAR

“Bəlkə Prezident Nazirlər Kabinetinin təkliflərini geri qaytarıb?!”

Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamının 2.2-ci bəndi hələ də yerinə yetirilməyib. Həmin sənəddə Nazirlər Kabinetinə sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təklifləri üç ay ərzində Prezidentə təqdim etmək tapşırılmışdı. Bu müddətdən artıq ay yarım keçsə də, konkret nəticə yoxdur.

Nazirlər Kabinetindən “AzPolitika”ya bildirilib ki, aidiyyəti təkliflər artıq Prezident Administrasiyasına təqdim olunub.

Ekspertlər bildirirlər ki, dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycanın dövlət büdcəsinin icrasında çətinliklər yarada bilər. Belə ki, 2025-ci ilin icmal büdcəsində neftin bir barrel üçün qiyməti 70 dollar nəzərdə tutulsa da, hazırda Azərbaycan nefti 64 dollara satılır. OPEC+ ölkələrinin hasilatı artıracağı təqdirdə bu qiymət daha da aşağı düşə bilər. Xatırladaq ki, 2025-ci ilin büdcəsində 15 milyard manatadək vəsait Neft Fondundan transfert yolu ilə təmin olunacaq.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev “AzPolitika”nın sorğusuna cavab olaraq bildirib ki, Nazirlər Kabineti artıq təqaüd və müavinətlərin artırılması ilə bağlı təkliflərini Prezidentə təqdim edib: “İndi sərəncamın nə vaxt veriləcəyini biz deyə bilmərik, bu, yalnız ölkə başçısının qərarından asılıdır. Bəlkə Prezident Nazirlər Kabinetinin təklifləri ilə razılaşmayıb və onları geri qaytarıb? Hər halda düşünürəm ki, bu proses uzun çəkməyəcək və yaxın aylarda sərəncam veriləcək”.

Neftin qiymətinin düşməsi səbəbilə dövlət büdcəsinə yenidən baxılacağı və bu məsələnin də həmin çərçivədə həll ediləcəyi ehtimalına gəlincə, komitə sədri bildirib ki, bu artıq hökumətin səlahiyyətində olan məsələdir: “Biz bu barədə heç nə deyə bilmərik. Hansı qərar veriləcəksə, birlikdə görəcəyik”.

İqtisadçı Natiq Cəfərli isə “AzPolitika”ya açıqlamasında bildirib ki, Nazirlər Kabineti təkliflərini hazırlayıb və yaxın vaxtlarda artımlarla bağlı müzakirələrin başlanacağı gözlənilir: “Çox güman ki, may ayının sonunda və ya iyun ayının əvvəlində Milli Məclisin iclasında büdcəyə əlavələr və dəyişikliklər müzakirə ediləcək. Həmin iclasda artımlarla bağlı təkliflərə də baxıla bilər. Lakin bunun üçün büdcə xərclərinin artırılması tələb olunur. Mənim ehtimalıma görə, yaxın 2–3 həftə ərzində bu barədə qərar veriləcək”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.