Hərbi Prokurorluqda dəyişikliklər başladı: Rəis müavini işdən çıxarıldı
Azərbaycanın Hərbi Prokurorluğunda kadr dəyişikliyi olub.
Cia.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Cahid Xudiyev Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini vəzifəsindən azad edilib.
Hələlik həmin vəzifəyə yeni təyinat olmayıb.
Qeyd edək ki, Xudiyev Cahid Qara oğlu uzun illər Hərbi Prokurorluqda müxtəlif vəzifələrdə çalışıb.
O, 2023-cü ilin oktyabrında qurumun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini təyin olunmuşdu.
Xatırladaq ki, 2005-ci ildən Azərbaycanın Hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib.
Prezident İlham Əliyevin mayın 13-də imzaladığı sərəncamla, Bəhruz Əhmədov Baş prokurorun müavini-hərbi prokuror təyin edilib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.