Fərəhin arzusu gözündə qalan anası: "Mənim mələk balam..."
Bakının Binədəki rayonundakı çoxmərtəbəli yaşayış binasındakı dəhşətli yanğında həlak olan 3 yaşlı Fərəh balamızın anasının Facebook profilində yazdığı, ürəkləri riqqətə gətirən statusu sosial şəbəkələrdə yayılır. Bu gün səhər saatlarında Binəqədi rayonunda baş vermiş yanğında həlak olanlar arasında 3 yaşlı Fərəh Məhərrəmova da vardı. Sosial şəbəkələrdə onun anası Günay Məhərrəmovanın ötən ilin sentyabrında Facebook-da yazdığı status dolaşır. Günay xanım həmin statusunda yazmışdı: "Düz iki il əvvəl, bugünkü gündə həyatımdakı bütün buludlar dağıldı, ömrümə bir Günəş doğdu, Fərəhim oldu, işığım oldu, qəlbimi isitdi. Xoşbəxtliyin necə olduğunu gördüm, sevincin, gülüşün nə olduğunu anladım, həyatın gözəlliyini dərk elədim. Nə yaxşı ki, doğuldun - mənim mələk qızım, nə yaxşı ki, həyatımda var oldun, varlığınla məni də yaşatdın. Allah yolunu açıq, bəxtini gözəl, şansını bol eləsin. Atdığın hər addım sənə uğur gətirsin, getdiyin hər qapı üzünə xeyirliyə açılsın. Allah səni qorusun, bəd nəzərdən, mərdimazardan uzaq eləsin. Həyatında həmişə güllər açsın. Mamalı-papalı böyüyəsən, gözəl qızım. 100 yaşa, nazlı balam! Amin" Çox təəssüflər ki, ananın arzusu ürəyində qaldı. Allah Fərəh balamıza rəhmət eləsin!
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.