banner
banner

Hərbİ

Bu şəxslərə hərbi xidmətə çağırışdan möhlət verilə bilər - MÜHÜM AÇIQLAMA

Bu şəxslərə hərbi xidmətə çağırışdan möhlət verilə bilər - MÜHÜM AÇIQLAMA

9-cu siniflə yanaşı, 11-ci sinifdən də kollecə qəbul olmaq istəyənlərin sayı çoxdur. Ancaq bəzən oğlan şagirdlər bu  barədə tərəddüdə qalır. Çünki 9-cu sinifdən kollecə qəbul olan oğlanlara 18 yaşları tamam olan kimi təhsilini davam etdirmək üçün hərbi xidmətə çağırışa möhlət verilir. 

Bunun sayəsində onlar kolleci bitirdikdən sonra əsgərliyə yollanırlar.  Ancaq 11-ci sinifdən kollecə qəbul olan şagirdlərə isə bu möhlət verilmir. Şagird 18 yaşı tamam olduqda təhsilini yarıda qoyub əsgərliyə gedir. 

Qeyd edək ki, bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla tənzimlənir.  

Bu hal narazılıqlara səbəb olub.    

Hurriyyet.az xəbər verir ki, Bizim.Media məsələylə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyevanın fikirlərini öyrənib. Deputat məsələnin hüquqi tərəflərini izah edib. 

O, bildirib ki, hazırda Azərbaycanda hərbi xidmətə çağırışla bağlı qanunvericilikdə mövcud olan fərqliliklər xüsusilə orta ixtisas təhsili alan gənclərin vəziyyətində özünü göstərir.

“Belə ki, 9-cu sinfi bitirib kollec və ya peşə təhsili müəssisələrinə daxil olan şəxslərə 21 yaşadək hərbi xidmətə çağırışa möhlət verilir. Bu, onların təhsillərini fasiləsiz davam etdirib tamamlaya bilmələri üçün nəzərdə tutulub. 

Ancaq 11-ci sinifdən sonra kollec və ya peşə təhsili müəssisəsinə daxil olan şəxslər bu möhlətdən yararlana bilmirlər. Əgər onların 18 yaşı tamam olarsa, təhsillərini yarımçıq qoyaraq hərbi xidmətə yollanmalı olurlar. Bu isə bir sıra hallarda fasiləsiz təhsil prosesi baxımından çətinliklər yaradır. Bu fərq "Hərbi xidmətə çağırış və möhlət hüququ" ilə bağlı mövcud qanunvericiliyin müvafiq müddəaları ilə izah olunur. Qanuna əsasən, yalnız tam orta təhsili almamış və 9-cu sinifdən sonra orta ixtisas təhsilinə daxil olmuş şəxslər 21 yaşınadək möhlət hüququ qazanırlar. Halbuki, 11-ci sinifdən sonra kollecə daxil olan şəxslər artıq tam orta təhsil aldığından bu hüquqdan məhrum edilirlər”.

Mehriban Vəliyevanın sözlərinə görə bu yanaşma təhlükəsizlik və milli müdafiə baxımından da əhəmiyyət daşıyır.

Möhlət verilməsi Silahlı Qüvvələrin kadr təminatına mənfi təsir göstərə bilər.

“Təhsili tamamlamaq və daha yetkin yaşda hərbi xidmətə yollanmaq şəxsin həm fiziki, həm də mənəvi hazırlığına, sözsüz ki, daha yaxşı təsir edir. Lakin unutmayaq ki,  xüsusilə regionda davam edən təhlükələr və sabitlik riskləri nəzərə alınaraq, ölkənin Silahlı Qüvvələrinin müasir və çevik şəkildə formalaşdırılması vacibdir. Həm də hərbi xidmət hər bir gəncin müqəddəs vətəndaşlıq borcudur. Tam təhsilli, intellektual və savadlı əsgər həm orduya, həm də cəmiyyətə daha böyük fayda verəcəyi hamımıza aydındır, lakin indiki şəraitdə bu, hərbi hazırlıq sisteminə zərər verə bilər”.

Bəs qanunda dəyişiklik oluna bilər?

“Zamanla  regionda tam sabitlik və sülh qarantiyası təmin olunduqdan sonra bu məsələyə qanunvericilik baxımından qayıtmaq olar”, - deyə müsahibimiz sonda vurğulayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

MN təcili MƏLUMAT YAYDI: Qoşun növləri və hərbi hissələr….

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyətlər planına əsasən, Azərbaycan Ordusunun qoşun növü, birlik, birləşmə və hərbi hissələrin yanğından mühafizə xidmətlərinin və ştatlı yanğından mühafizə komandalarının rəisləri, həmçinin yanğından mühafizə üzrə müfəttişləri ilə təlim-metodiki toplanış keçirilib.

Hərbi bileti olmayan şəxslərin nəzərinə

Bəzi iş yerlərində hərbi biletin olmaması şəxsin işə qəbul prosesində maneə yarada bilər. Bəs hərbi bileti olmayan şəxslər hansı işlərdə çalışa bilməzlər?

Əsgər gedənlərin nəzərinə!

Hərbi xidmətə gedən şəxsləri ən çox narahat edən məsələlərdən biri iş yerlərinin aqibətidir. Onlar geri qayıtdıqdan sonra əvvəlki işlərinə dönə biləcəklərmi sualı ilə üz-üzə qalırlar. Bu isə həm dövlət, həm də özəl sektorda çalışanlar üçün aktuallığını qoruyur.

18 yaşlı əsgərin ölməsi faktı üzrə cinayət işi açıldı

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Rasim Raməddin oğlu Həsənlinin ölüm faktı əsasında prokurorluq əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri hərəkətlər icra edilib.

Bu şəxslər hərbi xidmətdən azad edilir – RƏSMİ

Qanuna əsasən, doktorantura səviyyəsində əyani təhsil alan şəxslər təhsil müddəti ərzində hərbi xidmətə çağırılmır. Bu, dövlətin elmi və təhsili inkişaf etdirmək istiqamətində konkret addımlardan biridir. Ancaq bu hüquq yalnız təhsil müddəti ilə məhdudlaşdırılır və məzun olduqdan sonra şəxslər hərbi xidmətə cəlb oluna bilərlər.