banner
banner

Hərbİ

Bu şəxslər hərbi xidmətdən azad edilir – RƏSMİ

Bu şəxslər hərbi xidmətdən azad edilir – RƏSMİ

Qanuna əsasən, doktorantura səviyyəsində əyani təhsil alan şəxslər təhsil müddəti ərzində hərbi xidmətə çağırılmır. Bu, dövlətin elmi və təhsili inkişaf etdirmək istiqamətində konkret addımlardan biridir. Ancaq bu hüquq yalnız təhsil müddəti ilə məhdudlaşdırılır və məzun olduqdan sonra şəxslər hərbi xidmətə cəlb oluna bilərlər.

Azərbaycanda doktorantura təhsili alan şəxslərin hərbi xidmətdən azad olunması ilə bağlı da mühüm tənzimləmələr qüvvəyə minib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bizim.Media-ya açıqlamasında 2024-cü ilin sonlarında təsdiqlənmiş qaydalarla bağlı mühüm detalları xatırladıb:

“29 dekabr 2024-cü ildə Prezident İlham Əliyevin təsdiqlədiyi qərara əsasən, bakalavr təhsilini başa vuran şəxslər 24 yaşa qədər, magistratura pilləsini isə 26 yaşa qədər bitirməli və bitirməni təsdiq edən sənədi Dövlət Xidmətinə təqdim etməlidirlər. Əgər şəxs bu ardıcıllığı pozmadan doktoranturaya qəbul olunarsa, ona 3 illik təxirəsalınma hüququ verilir.

Həmin 3 il ərzində doktorant adını təsdiqləyən və elmi işini uğurla müdafiə edən namizədlər yalnız bu halda hərbi xidmətdən azad edilirlər. Əgər doktorant bu müddət ərzində elmi işini təsdiqləyə bilməzsə, təhsilini dondurmalı, hərbi xidmətini tamamlayıb, sonra təhsilini davam etdirməlidir”, – deyə  bildirilib.

Qeyd edək ki,  bu qaydalar doktorantura təhsili alan gənclərin həm təhsilini, həm də vətəndaşlıq borcunu balanslı şəkildə həyata keçirməsini təmin etmək məqsədi daşıyır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.

Bu məzunlar orduda birbaşa leytenant kimi xidmət edəcək

Ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində tibb sahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək.