Riqa tərəfdaşlıq sammitində Ermənistan ciddi seçimlə üzləşəcək; Rusiya işğalçı ölkədə “Ukrayna ssenarisi” gerçəkləşdirə bilər
Sabah Riqada Avropa Birliyinin (AB) “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində növbəti sammit işinə başlayacaq. Sammitdə 6 tərəfdaş ölkədən 5-i - Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan və Ermənistan ən yüksək səviyyədə təmsil olunacaq.
Yada salaq ki, Moskva öncədən tədbiri anti-Rusiya sammiti adlandıraraq, “tərəfdaş ölkələri” hədələyib. Ancaq bu, həmin ölkələrin ölkə başçıları səviyyəsində toplantıda təmsilçiliyinə mane olmayıb və Kremlə qarşı maraqlı bir yekdillik və həmrəylik nümayiş etdirilib.
Lakin bir sıra analitiklərə görə, Riqa sammitində ən narahat və zəif durumda məhz Ermənistan və onun prezidenti Serj Sərkisyan olacaq. Hərçənd Sərkisyanın iştirakı az qala, simvolik bir xarakter daşıyır. Hər halda, Ermənistana imzalamaq üçün assosiasiya sənədi təklif olunmayacaq. Olsa-olsa, İrəvan-Moskva ilişkilərinə ciddi ziyanı dəyməyəcək hansısa təşəbbüsün irəli sürüləcəyi gözlənilir.
Ancaq hətta ilk baxışda belə bir “ziyansız” sənəd də Moskvanı dərhal qıcıqlandıra, özündən çıxara bilər. Məsələ ondadır ki, Ermənistan “Şərq Tərəfdaşlığı” ölkələri arasında Belarusdan sonra yeganə ölkədir ki, Putinin layihəsi olan Avrasiya Birliyinin və Gömrük İttifaqının rəsmən üzvüdür. Bundan əlavə, işğalçı ölkə Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adlı hərbi qurumda da təmsil olunur.
Yəni İrəvan bununla öz xarici siyasət oriyentasiyasını faktiki, müəyyənləşdirib və birmənalı Kremlin orbitinə keçib. Rusiyalı ekspert Andrey Piontkovskinin təbirincə desək, Ermənistanın xarici siyasətini artıq çoxdan Kreml müəyyən edir və bu siyasətə düzəlişlər yalnız sonuncunun rüsxəti ilə mümkündür.
Mövcud şərtlər fonunda Sərkisyan hökumətinin təzədən Avropaya sarı boylanması və Qərbə can atması, üstəlik, AB ilə hansısa sənəd imzalaması Moskvanı çox böyük ehtimalla narazı salacaq. Ermənistan isə bəlli səbəblərdən postsovet məkanında Kremlin təzyiqlərinə ən həssas ölkə olmaqla yanaşı, ən müdafiəsiz durumdadır. Söhbət ilk növbədə İrəvana Dağlıq Qarabağ məsələsindən dolayı asılılıq və təzyiqlərdən gedir.
“Moskva təmas xəttində Azərbaycanın hansısa uğurlu bir blits-hücumuna şərait yaratmaqla Ermənistandakı siyasi vəziyyəti asanca qarışdıra bilər...”
Kəsəsi, Kremlin cəzası ağır ola bilər. Doğrudur, Rusiya Qarabağı Azərbaycana da qaytaran deyil - bu, onun cari maraqlarına uyğun gəlmir. Amma Moskva ön cəbhədə Azərbaycanın hansısa bir uğurlu blits-hücumuna şərait yaratmaqla Ermənistanda siyasi vəziyyəti asanca qarışdıra bilər. Bir şərtlə ki, Azərbaycan da Avropa Birliyi ilə assosiativ sənədi imzalamasın - hansı ki, yaxın perspektivdə onsuz da gözlənilmir...
***
Bu xüsusda xarici ekspertlərin baxışları da kifayət qədər maraq kəsb edir. Məsələn, Rusiya strateji modelləşdirmə mərkəzinin vitse-prezidenti Qriqori Trofimçuk hesab edir ki, əgər Ermənistan Riqada Avropa Birliyinin “Şərq tərəfdaşlığı” layihəsinə qoşulsa, onu Ukraynanın taleyi gözləyəcək. Sitat: “Avrasiya baxışına görə, ”Şərq tərəfdaşlığı" Avropa Birliyindən heç nə ilə seçilmir. Ermənistanın Avrasiya Birliyinə üzvlüyü isə vəziyyəti kəskin dəyişir. Çünki ölkə eyni vaxtda iki qurumda ola bilməz. Bu, Avrasiya İttifaqının digər üzvlərinə də aiddir. Moskva Ukraynanın nümunəsində bunu yetərincə aydın izah elədi".
Rusiyalı analitik Ermənistanın “Şərq Tərəfdaşlığı”na qoşulmasının daha ağır nəticələrinin olacağını düşünür, çünki: “Ukrayna Avrasiya Birliyinə daxil deyildi, amma Ermənistan daxildir. Bu da ermənilərin avrointeqrasiyası üçün daha fərqli nəticələrə səbəb olacaq”.
Ermənistanda Ukrayna ssenarisinin mümkünlüyü barədə qənaəti erməni şərhçi Naira Ayrumyan da bölüşür. Onun fikrincə, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvü olmasa belə, ona Kremlin təzyiqi ən sərt formada özünü göstərəcək. Ayrumyan daha sonra xatırladır: “Latviya XİN-in ”Şərq Tərəfdaşlığı" layihəsi üzrə xüsusi səfiri Yuris Poykans bəyan edib ki, Rusiya və Avropa Birliyinin öz qonşularına münasibətdə tamamən fərqli baxışlara malikdir. Riqa sammitində AB ilə Ermənistan arasında yeni, lakin assosiativ üzvlük mahiyyəti daşımayacaq bir anlaşma ilə bağlı danışıqlara başlandığı elan ediləcək. Yəni güman eləmək olar ki, Rusiya və AB hələ də Ermənistanın Avropa ilə sonrakı əməkdaşlıq formatı məsələsində anlaşmayıb".
Erməni təhlilçi hesab edir ki, rəsmi İrəvan bu xüsusda danışıqlarda yalnız hüquqsuz obyekt qismində iştirak edir və Moskvadan nə desələr, onu etməyə razıdır. “Ancaq görünür, Rusiya yenə də narahatdı ki, Ermənistanla nəsə baş verə bilər. Ermənistanın hakimiyyətinin, demək olar, bütün siyasi sisteminin loyallığına rəğmən, Kreml yenə də Ermənistanı öz əlində saxladığına əmin deyil” - əlavə edib o.
***
Göründüyü kimi, Sərkisyan kifayət qədər çətin seçim qarşısındadır, çünki Moskva onun AB ilə icazəsiz kiçicik bir əməkdaşlığını belə xəyanətə bərabər hesab edə bilər. Karta isə ilk növbədə Qarabağın taleyi qoyulub. Ya Qarabağ, ya da...
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.