banner
banner

Səhİyyə

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Ölkə ərazisində qanunsuz estetik əməliyyat edərək rezonans yaradan saxta həkimlər əhalidə ciddi narahatlıq yaradıb. Artıq insanlar kimə güvənəcəyini bilmirlər. 

Məlum olduğu kimi, 2025-ci ilin aprel ayında Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən komissiya təşkil olundu və bir çox saxta diplom ləğv olundu. Buna baxmayaraq, qanunsuz fəaliyyət halları yenə də aşkarlanır. 

Bu problemlərlə bağlı Səhiyyə Nazirliyinin estetik, plastik və rekonstruktiv cərrahiyyə üzrə ekspertlerinə üz tutaraq bəzi suallara aydınlıq gətirdik.

Uzman həkimlər - Adil Cümşüdov, Dilqəm Məmmədov, Vüqar Ələkbərov, Taleh Qasımov açıqlamalarında “Hansı həkimlər estetik əməliyyat edə bilər? sualını belə cavablandırıblar: “İxtisas üzrə sertifikasiya imtahanına daxil olub Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən Plastik cərrahiyyə şəhadətnaməsi almayan heç bir həkimin estetik əməliyyat etmək hüququ yoxdur. Bu, Səhiyyə Nazirliyinin də qanunları ilə təsdiqlənib. Heç kim ağızdan-ağıza gəzən sözlərə aldanmasın. Heç bir ümumi cərrahın estetik əməliyyat etməyə hüquqi əsası yoxdur. Eyni zamanda burun xaricində üzün müxtəlif nahiyələrində estetik əməliyyat aparan LOR həkimləri də bu əməliyyatları qanunsuz icra edir. Əgər fəsadlaşmış xəstələr şikayət edərsə, bu həkimlər və çalışdığı müəssisələr ciddi cərimələrə və hüquqi müstəvidə cəzalara məruz qalacaqlar”. Bəs plastik cərrahiyyə şəhadətnaməsi olmayan şəxslər haqqında hansı tədbirlər görülür? 

Həkimlərin sözlərinə görə, əgər bir xəstədə estetik əməliyyatdan sonra fəsadlaşma baş veribsə, onun şikayət etmək hüququ var: “Şikayət zamanı həkimin plastik cərrahiyyə üzrə sertifikasiya şəhadətnaməsi olmadığı aşkarlanarsa, birbaşa cinayət məsuliyyətinə cəlb olunur. Ekspertlər tərəfindən verilən rəydə səlahiyyəti olmadan xəstə üzərində aparılan əməliyyat qəsdən insan yaralamaq olaraq dəyərləndiriləcək”. 

Səhiyyə Nazirliyi bu ilin aprel ayında Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş Azərbaycan ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısını açıqlayıb. Orada, həmçinin “*” ilə işarəli maddədə cərrahlar tərəfindən icra olunan əməliyyatların da siyahısı yerləşdirilib. Həkimlər qeyd olunan məsələlərə də aydınlıq gətiriblər: “Əslində bu Səhiyyə Nazirliyi tərəfindən ədalətli və incə düşünülmüş bir qərardır. Qanun maddəsinin açıqlamalı izahı - bəzi xarici dövlət universitetlərində rezidentura təhsilini bitirdikdən sonra 2 və ya 3 illik rəsmi universitet proqramı ilə təhsil alaraq bəzi ümumi cərrahlar qarın vəya süd vəzidə aparılan estetik əməliyyatı öyrənirlər. Bu təcrübə də o həkimlərə süd vəzi xərçəngi əməliyyayları zamanı və ya qarın bölgəsi yaralanmalarında əl tutur. Bu ümumi cərrahlar həmin rəsmi sənədi Səhiyyə Nazirliyi tərəfindən təsdiqlədib təqdim etməlidirlər. Əks halda, heç bir ümumi cərrah estetik əməliyyat edə bilməz. Bu qanun maddəsində eyni zamanda LOR həkimlərinə də yerverilib. Amerikada 1-2 universitetdə rezidentura təhsili sonrası 2-3 illik yüksək ixtisas keçərək üzdə bəzi estetik əməliyyatlar etmək hüququ qazana bilərlər. Bu da baş-boyun bölgəsinin xərçəngi zamanı cərrahiyyə əməliyyatlarında onlara yardımçı olur. Yenə həmin rəsmi sertifikat nazirlik tərəfindən təsdiq olunmalıdır. Əks halda, etdiyi estetik əməliyyata görə cinayət məsuliyyəti daşıyacaqlar”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Əməkdar həkim vəfat etdi

Azərbaycanda tanınmış tibb xadimi, uzun illər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri vəzifəsində çalışmış Əməkdar həkim Cəbrayıl Əlinağıyev vəfat edib.

Səhiyyə Nazirliyinin müəssisələrinə başçəkmələr həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Mexanizm mandatı və Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupunun fəaliyyəti çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasına və Bakı şəhəri Narkoloji Mərkəzinə başçəkmələr həyata keçirilib.

Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib? - TƏFƏRRÜAT

12 iyul tarixində müğənni Aysun İsmayılova rəsmi İnstagram hesabında əməliyyat etdirməsi ilə bağlı video paylaşmışdı. Əməliyyatı isə, plastik-estetik cərrah Dilqəm Məhərrəmov icra edib. Müğənni əməliyyatdan sonrakı görüntüləri də paylaşaraq, növbəti əməliyyatı da Dilqəm Məhərrəmova həvalə edəcəyini söyləyib.

“Məlhəm” Hospitalında pasiyentləri belə aldadırlar

“Məlhəm Beynəlxalq Hospital” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində operativ vergi nəzarəti tədbirləri nəticəsində qanunla müəyyən olunmuş nağdsız hesablaşma tələblərinə əməl olunmaması faktı müəyyən edilib.

Həkimlərin gözünü qorxudacaq XƏBƏR

Qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etməyə görə cəzalar dəyişir.