Tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən yanlışlıqlar, səhv diaqnozlar və ya qeyri-peşəkar müdaxilələr nəticəsində vətəndaşların sağlamlığına zərər dəyməsi halları hüquqi müstəvidə ciddi şəkildə araşdırılan mövzulardandır. Pasiyentlərin səhiyyə müəssisələrinə və ya birbaşa tibb personalına qarşı hüquqi mübarizə aparması kifayət qədər mürəkkəb, həmçinin uzunmüddətli prosedurlar zəncirini əhatə edir. Bu cür mübahisələrdə ən kritik məqam həkim səhvi ilə yaranan fəsad arasında birbaşa səbəb-nəticə əlaqəsinin mövcudluğunu tam subut etməkdir. Bu proses isə müalicə tariçəsi, analiz nəticələri, rentgen və digər tibbi sənədlərin ekspertlər tərəfindən dərindən araşdırılmasını, xüsusi rəylərin alınmasını zəruri edir. Çünki hüquqi baxımdan əsaslı sübutlar olmadan qarşı tərəfin məsuliyyətini müəyyən etmək qeyri-mümkündür.
Ekspertlər bu növ iddiaların həm mülki, həm də cinayət qanunvericiliyi çərçivəsində tənzimlənə biləcəyini vurğulayırlar. Vətəndaşlar qanunla qorunan hüquqlarını bərpa etmək üçün aidiyyəti dövlət qurumlarına və məhkəmə orqanlarına müraciət etmək imkanına malikdirlər. Bu zaman çəkilən bütün maddi xərclərin, o cümlədən yenidən müalicə xərclərinin və dəyən mənəvi ziyanın kompensasiya edilməsi tələb oluna bilər.
Mövzu ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, bu halda vətəndaş məhkəməyə müraciət edərək iddia qaldıra və ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edə bilər
"Bu, mövcud hüquqi yollarından biridir. Əgər hadisə ilə bağlı cinayət tərkibi mövcuddursa, həmin şəxs cinayət məsuliyyətinə də cəlb oluna bilər. Bu, ayrıca hüquqi prosedurdur və mülki iddiadan fərqlidir. Lakin cinayət işi paralel aparılsa belə, zərərçəkmiş şəxs ona vurulan zərərin əvəzini mülki qaydada məhkəmədən əlavə olaraq tələb etmək hüququna malikdir. Yəni bir tərəfdən cinayət məsuliyyəti məsələsi araşdırılır, digər tərəfdən isə maddi və mənəvi zərərin ödənilməsi üçün ayrıca iddia qaldırıla bilər. Bu iki mexanizm bir-birini istisna etmir, əksinə paralel şəkildə tətbiq oluna bilər",- deyə o qeyd edib.
Beləliklə, həkim səhvi ucbatından zərər çəkmisinizsə, həm pulunuzu və mənəvi ziyanınızı tələb etmək üçün məhkəməyə müraciət edə bilərsiniz, həm də əgər ciddi cinayət tərkibi varsa, həmin həkimin cəzalandırılması üçün prokurorluğa şikayət edə bilərsiniz, hər iki yolu eyni vaxtda addımlamaq mümkündür.
Böyük Britaniyanın Kembric Universitetinin alimləri süni intellektin köməyilə hazırlanan yeni nəsil peyvəndi ilk dəfə insanlar üzərində sınaqdan keçirməyə başlayıblar.
Tarif Şurasının son qərarı ilə 184 dərman vasitəsinin qiymətinin yuxarı həddi yenidən tənzimlənib. Qərara əsasən, dərmanların topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi təsdiqlənib və yeni qiymətlər müəyyən edilmiş tarixlərdə qüvvəyə minəcək. Bəs bu dəyişikliklər apteklərdə və alıcıların büdcəsində necə əks olunur?
TƏBİB tabeli tibbi müəssisələrində bu gün – ayın 1-də ilk dəfə olaraq bütün tibb müəssisələrinə əməkhaqları tam şəkildə köçürülüb. Qeyd edək ki, uzun müddət idi, tibb işçilərinin maaşlarının gecikdirilməsi ilə bağlı narazılıqlar var idi. Hətta müqaviləyə əsasən maaşı ayın 10-dək verilməli olanların da ödənişlərinin gecikdiyini bildirirdilər. Bununla bağlı Musavat.com-a da çox sayda şikayət daxil olub.
Ümumdünya Səhiyyə Təşkilatı MV Hondius kruiz gəmisində baş verən ölümcül hantavirus yayılmasından sonra ölkələri mümkün yeni yoluxmalara hazır olmağa çağırıb. Təşkilat bildirir ki, virusun inkubasiya dövrünün uzun olması səbəbindən qarşıdakı həftələrdə əlavə halların aşkarlanması mümkündür.
"MV Hondius" kruiz laynerində baş verən epidemiya ilə əlaqəli olduğu ehtimal edilən iki yeni hantavirusa yoluxma halı İspaniyada və Atlantik okeanının cənubundakı Tristan-da-Kunya arxipelaqında qeydə alınıb.
Altsheymer xəstəliyinin müalicəsində inqilab kimi qiymətləndirilən yeni nəsil dərmanlar xəstələrin real vəziyyətində gözlənilən dəyişikliyi yaratmayıb. Tibb dünyasının ən nüfuzlu təşkilatlarından biri olan "Cochrane" tərəfindən aparılan genişmiqyaslı təhlillər bu preparatların klinik baxımdan əhəmiyyətli fayda vermədiyini üzə çıxarıb.
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, 2026-cı ilin 19–25 aprel tarixlərində respublikanın şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək.